Bank Of Baku

MDB ölkələri mütəşəkkil iqtisadi cinayətkarlığa qarşı mübarizə məqsədilə birgə əməliyyat qrupları yaradacaq

MDB ölkələri mütəşəkkil iqtisadi cinayətkarlığa qarşı mübarizə məqsədilə birgə əməliyyat qrupları yaradacaq
# 28 may 2010 10:48 (UTC +04:00)
Bakı. Vahab Rzayev – APA-Economics. Qazaxıstanın paytaxtı Almatıda keçirilmiş MDB və Baltikyanı ölkələrin vergi (maliyyə) təhqiqat orqanları rəhbərlərinin Koordinasiya Şurasının XII iclasının yekununda mütəşəkkil cinayətkarlığa qarşı birgə fəaliyyətin səmərəliyinin artırılması məqsədi ilə hüquq-mühafizə orqanları əməkdaşlarından ibarət birgə əməliyyat qruplarının yaradılmasına dair razılıq əldə olunub.
«APA-Economics»in məlumatına görə, birgə fəaliyyətin istiqamətləri sırasında mal və pul vəsaitlərinin qanunsuz dövriyyəsi ilə bağlı cinayətkarlığa qarşı mübarizə, iqtisadi təhlükəsizliyin qorunması əsas yer tutur.
İclasda Azərbaycan, Belarus, Qazaxıstan, Ermənistan, Qırğızıstan, Moldova, Rusiya, Tacikistan, Latviya, Estoniya və Ukraynadan nümayəndələr iştirak ediblər. İclas zamanı korrupsiyaya qarşı mübarizə, ümumi əməkdaşlıq, ekstremizm, terrorizm, çirkli pulların yuyulmasına qarşı mübarizə kimi mühüm istiqamətlər barədə birgə fəaliyyət imkanları müzakirə olunub.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR