Bank Of Baku

Ukrayna Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatına üzv olmayacaq

Ukrayna Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatına üzv olmayacaq
# 28 may 2010 11:08 (UTC +04:00)
Bakı. Vahab Rzayev – APA. Ukraynanın xarici işlər naziri Konstantin Qrişşenko bəyan edib ki, ölkə Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatına daxil olmağın mümkünlüyünü müzakirə etmir. APA-nın məlumatına görə, K.Qrişşenko vurğulayıb ki, həmin hərbi blok Ukrayna üçün coğrafi baxımdan da uyğun gəlmir: «KTMT bizdən çox uzaqdır və bu birləşmənin mərkəzi haradasa cənubda, Mərkəzi Asiyadadır».
Bundan başqa nazir Ukraynanın NATO-ya da hələ uzun müddət daxil olmayacağını və ölkəsinin beynəlxalq arenada maksimum neytral mövqe tutacağını qeyd edib. Onun sözlərinə görə, məsələn, Ukrayna Kosovo, Cənubi Osetiya və Abxaziyanın müstəqilliyini tanımayacaq.
Qeyd edək ki, Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı 1992-ci ildə yaradılıb. Təşkilata Rusiya, Tacikistan, Özbəkistan, Belarus, Qazaxıstan, Qırğızıstan və Ermənistan daxildir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR