Bank Of Baku

Rusiya nəqliyyat vergisini yanacaq aksizi ilə dəyişmək niyyətindədir

Rusiya nəqliyyat vergisini yanacaq aksizi ilə dəyişmək niyyətindədir
# 28 may 2010 11:18 (UTC +04:00)
Bakı. Nicat Mustafayev – APA-Economics. Gələn ildən Rusiyada nəqliyyat vergisi ləğv edilə, əvəzində isə benzin üçün aksiz vergisi artırıla bilər.
«APA-Economics»in «RİA-Novosti» agentliyinə istinadən verdiyi məlumata görə, bunu bu gün Rusiya hökumətinin nəqliyyat və rabitə komissiyasının Moskvada keçirilən iclasında baş nazirinin müavini Sergey İvanov bildirib.
«Söhbət 2011-ci ildən etibarən nəqliyyat vergisinin tam ləğvindən gedir ki, bu da avtomobillərini bəzi səbəblərə görə nadir hallarda istifadə edən bir çox avtomobil həvəskarlarının sevincinə səbəb olacaq», - deyə S.İvanov bildirib.
O, həmçinin qeyd edib ki, neft məhsullarına olan aksiz vergisinin artırılması hesabına əldə olunacaq əlavə daxilolmalar isə yolların tikintisinə sərf ediləcək ki, bu da dünya praktikasında geniş tətbiq olunur.
Qeyd edək ki, bundan bir qədər öncə Rusiya Duması nəqliyyat vergisini yanacağın qiymətinə əlavə etmək fikrində idi. Lakin bu təklif vergi qanunvericiliyini çətinləşdirə biləcəyinə görə sonradan qəbul edilməyib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR