Bank Of Baku

Qırğızıstanda yanacaqdoldurma məntəqəsi partladılıb

Qırğızıstanda yanacaqdoldurma məntəqəsi partladılıb
# 28 may 2010 12:30 (UTC +04:00)
Bakı. Vahab Rzayev – APA. Mayın 28-də Qırğızıstanın Çuysk vilayətinin Tokmok şəhərində naməlum şəxs «Qazprom Neft Asiya» şirkətinə məxsus yanacaqdoldurma stansiyasına qumbaraatanla atəş açıb. APA-nın məlumatına görə, atəş nəticəsində yaranmış yanğın stansiyanın gözətçisi tərəfindən söndürülüb.
Milis əməkdaşları tərəfindən araşdırılan bu hadisə nəticəsində yanacaqdoldurma məntəqəsinin avadanlığı qismən yanıb. Yaralananlar barədə məlumat daxil olayıb.
Qeyd edək ki, son günlər ərzində bu, Tokmokda baş verən ikinci eyni xarakterli hadisədir.
Aprel ayında Qırğızıstanda dövlət çevrilişi və ondan sonra baş vermiş iğtişaşlar zamanı böyük miqdarda silah qiyamçıların əlinə keçib ki, bunun yalnız bir hissəsi hüquq-mühafizə orqanlarına geri qaytarılıb. Xatırladaq ki, silah qaytarılması üçün milis tərəfindən mükafat da müəyyən edilib. Məsələn, qumbaraatan üçün bu mükafat 8 000 som (175 ABŞ dolları) təşkil edir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR