Bank Of Baku

Rusiya prezidenti neftin bahalaşmasını ölkəsi üçün faciə hesab edir

Rusiya prezidenti neftin bahalaşmasını ölkəsi üçün faciə hesab edir
# 28 may 2010 14:08 (UTC +04:00)
Bakı – APA. Rusiya prezidenti Dmitri Medvedev dünya neft bazarında müşahidə olunan yüksək qiymətlərin RF iqtisadiyyatının modernləşdirilməsi yolunda ciddi əngəl kimi qiymətləndirib. APA-nın «İnterfaks»a istinadən verdiyi məlumata görə, bunu dövlət başçısı «Yedinaya Rossiya» («Vahid Rusiya») partiyasının nümayəndələri ilə keçirilən görüşdə bildirib.

«Açığı desək, 1 barel üçün 140 dollar – bu Rusiya üçün faciədir, çünki bu, inkişaf üçün bütün stimulların məhv edilməsi deməkdir», - deyə prezident vurğulayıb.

Hazırda iyunda ixrac etməklə WTI markalı neftin 1 barelinin qiyməti təxminən 70 dollara bərabərdir. Son üç ay ərzində dünya birjalarında neftin qiyməti 70-85 dollar diapazonunda dəyişib. İki il öncə isə qiymətlər hətta 140 dollara kimi yüksəlmişdir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR