Bank Of Baku

Leonid Kuçma: “Ukraynanın Sevastopol hərbi dəniz bazasının Rusiyaya icarəyə verilməsi problem deyil”

Leonid Kuçma: “Ukraynanın Sevastopol hərbi dəniz bazasının Rusiyaya icarəyə verilməsi problem deyil”
# 28 may 2010 16:11 (UTC +04:00)
Bakı. Ramil Məmmədli – APA. “Ukraynanın Sevastopol şəhərində yerləşən hərbi dəniz bazasının 2042-ci ilə kimi Rusiyaya icarəyə verilməsi problem deyil”. APA-nın məlumatına görə, İspaniyada nəşr olunan “El Pais” jurnalına müsahibəsində bunu Ukraynanın keçmiş prezidenti Leonid Kuçma deyib. Eks-prezident deyib ki, hazırda kimin istifadəsində olmasına baxmayaraq, hərbi donanma Krımda qalacaq: “Rusiyanın Krımı birdəfəlik tərk etməsini düşünmək mümkündürmü? Xeyr, bu mümkün deyil. Çünki Rusiyanın Novorosiyskda hərbi donanma üçün baza tikməsi milyard dollara başa gələr”.

Krımdakı hərbi bazanın Rusiya üçün həyatı əhəmiyyətli olmasını da deyən L.Kuçma bildirib ki, Sevastopoldakı donanmanın çıxarılması barədə əmr verən Rusiya prezidenti vəzifəsini tərk etmək məcburiyyətində qala bilər.

L.Kuçma müsahibəsində Rusiya ilə Ukrayna arasında qaz satışı ilə bağlı məsələyə də münasibətini bildirib. Onun fikrincə, Ukrayna Rusiya qazının Avropaya nəqlindən tranzit ölkə kimi bəhrələnə bilər.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR