Bank Of Baku

Qriqol Vaşadze: «Biz Cənubi Qafqazda mübahisəli məsələləri tezliklə həll edə bilməsək, burada yerləşən üç respublikada 1921-ci il təkrar ola bilər»

Qriqol Vaşadze: «Biz Cənubi Qafqazda mübahisəli məsələləri tezliklə həll edə bilməsək, burada yerləşən üç respublikada 1921-ci il təkrar ola bilər»
# 29 may 2010 00:32 (UTC +04:00)
Tiflis. Nizami Məmmədzadə-APA. Bu barədə Gürcüstanın XİN Qriqol Vaşadze mayın 28-də Tiflisdə Azərbaycanın 28 May - Respublika Günü münasibətilə təşkil olunan tədbirdə APA-nın Gürcüstan bürosu əməkdaşının sualını cavablandırarkən deyib. Q. Vaşadze Qarabağda keçirilən seçkilərə münasibət bildirib. APA-nın Gürcüstan bürosunun məlumatına görə, Gürcüstan XİN rəhbəri jurnalistlərə bildirib ki, Qarabağda keçirilən seçkilər barədə Gürcüstan bəyanatla çıxış edərək öz sözünü deyib. Burada Gürcüstan Azərbaycanın ərazi bütövlüyünü dəstəklədiyini bəyan edib. «Qarabağda seçkilər keçirilməsi mövzusu ilə bağlı bəyan etmək istəyirəm ki, biz Gürcüstan olaraq Cənubi Qafqazda bütün münaqişələrin tezliklə həll edilməsinin böyük tərəfdarıyıq. Əgər Biz Cənubi Qafqazda mübahisəli məsələləri tezliklə həll edə bilməsək, burada yerləşən üç respublikada 1921-ci il təkrar ola bilər. Və biz öz həmkarlarımızla bərabər bir kamerada olacağıq və FТХ ilə əlaqələrimizi aydınlaşdıracağıq».

Gürcüstan XİN rəhbəri Gürcüstan-İran münasibətlərinin yaxşılığa doğru inkişaf etdiyini bildirib. “İran bizim regionda ən əhəmiyyətli bir ölkədir. Sizə xatırlatmaq istəyirəm ki, İran həm də bizim bərpa müstəqilliyimizi tanıyan birinci ölkədir. Bu dövlət bizimlə çox yaxın iqtisadi əlaqələr quran bir dövlətdir. Mən bu əlaqədə təəccüblü heç nə görmürəm. Gürcüstan-İran əlaqələri hər zamankı kimi yüksək səviyyədə durur. Və bu iş bərabərhüquqlu tərəfdaşlıq səviyyəsində bir-birini dəstəkləyərək ikitərəfli xeyir əldə etməklə inkişaf edəcək».
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR