Bank Of Baku

Tiflisdə trayler aşıb, sürücü ölüb, iki nəfər yaralanıb

Tiflisdə trayler aşıb, sürücü ölüb, iki nəfər yaralanıb
# 29 may 2010 01:19 (UTC +04:00)
Tiflis. Nizami Məmmədzadə-APA. Tiflis şəhərinin Qldani rayonunda tranzit yol ilə hərəkət edən trayler aşıb. APA-nın Gürcüstan bürosunun məlumatına görə, iki saatdan sonra xilasedici dəstə sürücünü traylerin altından çıxarda bilib. Trayler sürücüsü reanimasiyaya çatdırılsa da onun həyatını xilas etmək mümkün olmayıb. Daxili qan sızma və digər travmalar onun ölümünə səbəb olub. Qeyd edək ki, xəbərə görə, sürücüyə təcili yardım maşınında bütün tibbi yardımlar edildiyinə baxmayaraq, onun xilası mümkün olmayıb. Həkimlərin dediyinə görə, o, şok travması alıb.
APA-nın məlumatına görə, traylerdən daha iki zərərçəkən 8-ci şəhər xəstəxanasına yerləşdirilib. Tiflis şəhər fövqəladə hallar üzrə xidmətin rəhbəri Temur Giorqadzenin verdiyi xəbərə görə, onların vəziyyəti orta ağır olaraq qalır.
Qeyd edək ki, sürücünün şəxsiyyəti barədə polis heç bir açıqlama verməyib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR