Bank Of Baku

Gürcüstan paytaxtındakı Tiflis beynəlxalq hava limanının gömrük nəzarət-buraxılış məntəqəsinin zabiti saxlanılıb

Gürcüstan paytaxtındakı Tiflis beynəlxalq hava limanının gömrük nəzarət-buraxılış məntəqəsinin zabiti saxlanılıb
# 29 may 2010 02:03 (UTC +04:00)
Tiflis. Nizami Məmmədzadə-APA. Gürcüstan paytaxtındakı Tiflis beynəlxalq hava limanının gömrük nəzarət-buraxılış məntəqəsinin zabiti saxlanılıb. APA-nın Gürcüstan bürosunun məlumatına görə, bu barədə Gürcüstan mətbuatı xəbər verib. Mətbuatın qeyd etdiyinə görə, Gürcüstan Maliyyə Nazirliyinin Baş istintaq idarəsi departamentinin əməkdaşları tərəfindən gömrük nəzarət-buraxılış məntəqəsinin növbə rəisi Şota Mikadze saxlanılıb. İstintaq idarəsindən verilən xəbərə görə, gömrük zabiti ilə birlikdə Gürcüstan vətəndaşları Nika Qabadadze və Muxran Çumburidze də Dubaydan Gürcüstana qaçaq yolu ilə hava limanı vasitəsi ilə onlarla mobil telefonu, kompüter texnikası, fotoaparatlar və avtomobil hissələri gətirdikləri üçün saxlanılıblar. Qaçaq yolu ilə gətirilən malların ümumi bazar qiyməti 50.000 lari təşkil edir. Araşdırma nəticəsində məlum olub ki, hökumət büdcəsinə xeyli ziyan dəyib.
İlkin araşdırma başlayıb. Gürcüstan CM-nin 214 və 332-ci maddələrinə əsasən onları 5 və 3 il azadlıqdan məhrumetmə gözləyir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR