Bank Of Baku

SSRİ-nin mövcudluğuna rəsmən son qoyan lider 1 dollar pensiya alır

SSRİ-nin mövcudluğuna rəsmən son qoyan lider 1 dollar pensiya alır
# 29 may 2010 09:56 (UTC +04:00)
Bakı – APA. Belarusun keçmiş rəhbəri Stanislav Şuşkeviç ölkə rəhbərliyinə açıq məktubla müraciət edib.

APA-nın “Narodnaya volya” qəzetinə istinadən məlumatına görə, Şuşkeviç məktubunda pensiyasının həcmindən narazı olduğunu bəyan edib.

O bildirib ki, Belarus Ali Sovetinin sədri vəzifəsindən istefa verdikdən sonra ona məqbul səviyyədə pensiya təyin olunub. 1997-ci ildə Belarus prezidenti Aleksandr Lukaşenko pensiyanın həcmini 3200 Belarus rublu səviyyəsinə qədər azaldıb. Hazırkı kursla isə bu, cəmi 1 ABŞ dolları edir.

Məktub Belarusun baş naziri Sergey Sidorskiyə, həmçinin parlamentin hər iki palatasının sədrlərinə və Prezident Administrasiyasının rəhbərinə ünvanlanıb.

Qeyd edək ki, Stanislav Şuşkeviç 1991-1994-cü illərdə Belarus Ali Sovetinin sədri olub. Bu vəzifədə o, SSRİ-nin süqutunu rəsmiləşdirən Belovejsk sazişini də imzalayıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR