Bank Of Baku

Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargah rəisi istefa verib

Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargah rəisi istefa verib
# 29 may 2010 10:52 (UTC +04:00)
Bakı – APA. Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargah rəisi İvan Svida istefa haqqında raport yazıb.

APA-nın “İnterfax”a istinadən məlumatına görə, bu barədə Ukrayna Müdafiə nazirliyinin mətbuat xidmətindən bildirilib. İ.Svida qərarını prezidentə istədiyi şəxslə işləmək hüququ vermək istəyi ilə izah edib.

Qeyd edək ki, İ.Svida bu vəzifəyə 2009-cu ilin noyabrında sabiq prezident Viktor Yuşşenko tərəfindən təyin edilib. Buna qədər o, Quru Qoşunlarının komandanı olub.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR