Bank Of Baku

Moskvada Rusiyada analoqu olmayan VEGAS ticarət əyləncə mərkəzinin təntənəli açılış mərasimi keçirilib - FOTOSESSİYA

Moskvada Rusiyada analoqu olmayan VEGAS ticarət əyləncə mərkəzinin təntənəli açılış mərasimi keçirilib - <font color=red>FOTOSESSİYA</font>
# 01 iyun 2010 15:39 (UTC +04:00)
Moskva. Roman Ağayev-APA. Bu gün Moskvada VEGAS ticarət əyləncə mərkəzinin təntənəli açılış mərasimi keçirilib. APA-nın Moskva müxbirinin verdiyi məlumata görə, “Crocus Group” bununla Ruisyada ilk VEGAS tematik şopinq moll təqdim etmiş olub. Rusiyada ən böyük ticarət mərkəzi olan VEGAS ticarət əyləncə mərkəzi 400 min kvadratmetr ərazini əhatə edir. Bu ölkədə ekstremal attraksionlar olan parkla birlikdə fəaliyyət göstərən ilk şopinq molldur. İlk dəfə olaraq Rusiyada 5 min kvadratmetr ərazidə ikisəviyyəli ekstremal attraksionlar parkı yaradılıb. Açılış mərasimini simvolizə edən lenti “Crocus Group”un prezidenti Araz Ağalarov və “Sberbank”ın vitse-prezidenti Aleksandr Bazarov kəsiblər. Şou-biznes və iş dünyasının təmsilçilərinin qatıldığı mərasimin aparıcısı populyar telejurnalist Andrey Malaxov olub. Açılış mərasimindən sonra “Crocus International”ın kommersiya direktoru Emin Ağalarov ailə üzvləri ilə birlikdə iştirakçıları ticarət-əyləncə mərkəzi ilə tanış edib.

VEGAS-ın operatorları sırasında “Aşan” mağazalar v xidmətlər şəbəkəsi, “Tvoy Dom” yeni konseptual zona, “Media Market”, “M-VİDEO”, İnditeks (Zara, Oysho, Massimo Dutti, Bershka, Stradivarius, Pull&Bear) və digər məşhur beynəlxalq və Rusiya şirkətləri var. Emin Ağalarov bildirib ki, Crocus Group bu layihəyə unikal ticarət mərkəzləri yaratmaqda topladığı 15 illik təcrübəni həyata keçirib: “Biz VEGAS-ın tərəfdaşları sırasında böyük gələcək və bu layihənin analoqu olmayacağı barədə baxışlarımızı bölüşən riteylerləri görməyə çox şadıq”. Emin Ağalarov VEGAS-ın böyüklər üçün özünəməxsus Disneyland olduğunu bildirib. O, artıq ikinci və üçüncü “VEGAS”ların layihələndirildiyini deyib. Onlardan biri ilk “VEGAS”dan daha irimiqyaslı olacaq və bu brenddən olan hər növbəti kompleks əvvəlkindən fərqlənəcək. Crocus Sity ərazisində olan “VEGAS”da ilk kompleksdə olan tematik ticarət qalereyaları ilə “Rokfeller mərkəzi”, “Çayna-taun”, “Taymskver” də olacaq. Emin Ağalarov bunların atası Araz Ağalarovun yeni ideyaları olduğunu vurğulayıb.

Crocus Group kompleksin tikintisinə 600 milyon dollar xərcləyib, bunun 375 milyon sollarının “Sberbank”ın verdiyi kredit təşkil edir. Mərkəzdə 9 min yeni iş yeri açılıb, “VEGAS”dakı əməliyyatlardan büdcəyə ödəmələr isə 3 milyard rublu keçəcək.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR