Bank Of Baku

Qırğızıstanın Cəlalabad rayonunda fövqəladə vəziyyət rejimi ləğv edilib

Qırğızıstanın Cəlalabad rayonunda fövqəladə vəziyyət rejimi ləğv edilib
# 02 iyun 2010 15:31 (UTC +04:00)
APA-nın məlumatına görə, müvəqqəti hökumət regionda vəziyyətin stabilləşdiyini nəzərə alaraq fövqəladə rejimə ehtiyac qalmadığını bəyan edib. Xatırladaq ki, aprelin əvvəllərində müxalifət Qırğızıstan prezidentini devirdikdən sonra Kurmanbek Bakiyev Cəlalabadda özünə sığınacaq tapmışdı. Cəlalabad və Oşda hökumət qüvvələri ilə prezident tərəfdarları arasında baş vermiş toqquşmalarda 3 nəfər ölüb, 70 nəfər yaralanıb. Bundan sonra Bişkekdəki müvəqqəti hökumət baş verən iğtişaşlara görə sabiq prezident Bakiyevin məsuliyyət daşıdığını bəyan edib və bölgədə fövqəladə vəziyyət elan edib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR