Bank Of Baku

Gürcüstan prezidenti Mixail Saakaşvili: «Gürcüstanda həbsxanaların tikilməsinə sevinmirəm»

Gürcüstan prezidenti Mixail Saakaşvili: «Gürcüstanda həbsxanaların tikilməsinə sevinmirəm»
# 02 iyun 2010 18:12 (UTC +04:00)
Rustavi. Nizami Məmmədzadə-APA. «Mən Gürcüstanda həbsxanaların tikilməsinə sevinmirəm». Bu sözləri Rustavidə yeni cəzaçəkmə müəssisəsinin açılışında iştirak edən Gürcüstan prezidenti Mixail Saakaşvili deyib. APA-nın Gürcüstan bürosunun məlumatına görə, dünən bu şəhərdə ümumi və ciddi rejimli yeni cəzaçəkmə müəssisəsi istifadəyə verilib. Beynəlxalq standartlara cavab verən, idman meydançası, gəzinti yeri, kitabxanası və mağazası olan bu müəssisə digər köhnə tikililərdən fərqlənir.

Gürcüstan prezidenti Mixail Saakaşvilinin dediyinə görə, reabilitasiya proqramı çərçivəsində belə müasir tipli cəzaçəkmə müəssisələri çox tikiləcək. Ən başlıca yeniliklərdən biri də odur ki, bu proqram çərçivəsində məhbusların çalışmağı üçün iş yerləri açılacaq və onlara gördükləri iş həcmində əmək haqqı da veriləcək.
«Mən Gürcüstanda həbsxanaların tikilməsinə sevinmirəm. Mən böyük sevinclə məktəb tikintisinə, xəstəxana və fəvvarələrin tikintisinə pul xərcləyirəm. Əgər bu gözəl dövlətdə uşaqlarımızın rahat gəzməsini istəyiriksə, cəmiyyətin müdafiəsinə çalışırıqsa, onda bu dövlətdə həbsxana da lazımdır», deyə Gürcüstan prezidenti bildirib.

Tədbirdə diplomatik korpusun nümayəndələri, parlamentarilər və Xalq Müdafiəçisi iştirak edib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR