Bank Of Baku

Viktor Yanukoviç: “Dövlətlərin ərazi bütövlüyünün pozulması ilə nəticələnən prosesləri alqışlamaq, üstəlik tanımaq hüququmuz yoxdur”

Viktor Yanukoviç: “Dövlətlərin ərazi bütövlüyünün pozulması ilə nəticələnən prosesləri alqışlamaq, üstəlik tanımaq hüququmuz yoxdur”
# 04 iyun 2010 12:50 (UTC +04:00)
APA-nın “Ukrainskaya pravda”ya istinadən verdiyi məlumata görə, bu sözləri Ukrayna prezidenti Viktor Yanukoviç prezidentliyinin 100 gününə həsr olunmuş mətbuat konfransında deyib. Prezident xatırladıb ki, beynəlxalq norma və qanunlara əsasən hər hansı dövlətin ərazi bütövlüyünün pozulması qadağandır: “Bizim dünyada bu və ya digər dövlətin ərazi bütövlüyünün pozulması ilə nəticələnən prosesləri alqışlamaq, üstəlik tanımaq hüququmuz yoxdur. Siz mənim heç bir müsahibəmdə hər hansı dövlətin sərhədlərinin pozulması faktını tanıdığımı tapa bilməzsiniz”.

V. Yanukoviç Kosovo haqqında qərarı heç vaxt doğru saymadığını da söyləyib: “Hər şey elə bundan başladı. Kosovo ilə bağlı qərar qəbul edilərkən və ikili standart siyasəti tətbiq olunarkən mən demişdim: Kosovonu tanıyırlarsa, onda Abxaziya və Cənubi Osetiyanı niyə tanımırlar? Amma mən özüm heç vaxt tanımamışam”.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR