Bank Of Baku

Dağıstanda məscidə gələnlər atəşə tutulub

Dağıstanda məscidə gələnlər atəşə tutulub
# 04 iyun 2010 16:29 (UTC +04:00)
Bakı – APA. Dağıstanın Tarki qəsəbəsində məscidə gələn vətəndaşlar naməlum şəxs tərəfindən atəşə tutulub.

APA-nın “İnterax”a istinadən məlumatına görə, nəticədə 1 nəfər öldürülüb. O, qeyri-ənənəvi müsəlman icmasının rəhbəridir.

Məscidə hücum nəticəsində bir nəfərin də yaralandığı bildirilir. O, dərhal xəstəxanaya çatdırılıb. Yaralının vəziyyəti haqda məlumat verilmir.

Dağıstan Daxili İşlər Nazirliyindən bildirilib ki, hadisə bu gün yerli vaxtla saat 13:00-da baş verib. Hazırda məscidə hücumun təfərrüatları araşdırılır.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR