Bank Of Baku

Abxaziya Elmlər Akademiyasının akademiki Zurab Papaskiri: “Cənubi Qafqazda Bakı və Tbilisi mərkəz hesab olunur”

Abxaziya Elmlər Akademiyasının akademiki Zurab Papaskiri: “Cənubi Qafqazda Bakı və Tbilisi mərkəz hesab olunur”
# 05 iyun 2010 21:42 (UTC +04:00)
Tbilisi. Nizami Məmmədzadə-APA. “Bakı və Tbilisi müasir şəraitdə də Cənubi Qafqazda mərkəz hesab olunur. XIX əsrdə Bakı ən iri sənaye mərkəzi hesab olunurdu. İndi bizə regional əməkdaşlığı inkişaf etdirmək lazımdır. Gürcüstan və Azərbaycan öz məqsədlərinə nail olmalıdır.” APA-nın Gürcüstan bürosunun məlumatına görə, bu sözləri tarix elmləri doktoru, professor, Abxaziya Elmlər Akademiyasının akademiki Zurab Papaskiri deyib. Onun sözlərinə görə, 1918-ci ildə Cənubi Qafqazda ölkələrimizin müstəqilliyi elan edilməsi Leninin xoşuna gəlmədi. Leninin apardığı siyasət nəticəsində Cənubi Qafqaz dövlətləri öz müstəqilliyini itirdilər. İndi də Cənubi Qafqazda Leninin siyasəti gedir. Bu siyasət Qarabağdan başlayıb. Sovet İttifaqının parçalanması da məhz bu hadisələrdən sonra başlanıb. Bizə indi regional əməkdaşlığı inkişaf etdirmək lazımdır. GUAM ölkələrini dəstəkləmək lazımdır. Çünki bu təşkilat separatizm ilə mübarizəyə qoşulub. Qorbaçovun hakimiyyəti zamanı Rusiya Cənubi Qafqazı itirdi. İndi yalnız Ermənistanda Rusiya öz hərbi bazalarını yerləşdirib. Ruslar Cənubi Osetiyada da hərbi bazalarını yaratmaq istəyirlər.”
Akademik Zurab Papaskiri qeyd edib ki, Bakı və Tbilisi şəhərləri Cənubi Qafqazda siyasi mərkəz sayılır. XIX əsrdə də belə idi. Cənubi Qafqaz ölkələri Tbilisidə Qafqaz ölkələrinin Seymını yerləşdilər. Cənubi Qafqaz ölkələri bu şəhərdə birləşdilər. Birləşmiş və müstəqil dövlətlər birliyi yaratdılar. Lakin Ermənistan yeni birliyin fəaliyyətinə mane oldu.”
Gürcü tarixçisi Ermənistanın qonşu ölkələrdən torpaqlar qopartmaqla dövlət yaratdığını da bildirib. “Bu illərdə Ermənistan bir az Türkiyədən, bir az Gürcüstandan və Azərbaycandan torpaqlar qopararaq ölkə qurdu. Onlara bu yaşamaq demək idi. Ermənistanın dövlətçiliyi faktiki olaraq XI əsrdə də olmayıb. Azərbaycanda bu dövrdə xanlıqlar mövcud idi. Qarabağ xanlığı, Şuşa xanlığı, Gəncə xanlığı, İrəvan xanlığı var idi. Bu xanlıqlarda təhsil inkişaf etmişdi. Bütün bunları düşündükdə belə qənaətə gəlirik ki, faktiki olaraq Ermənistan dövləti süni yaradılıb.”
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR