Bank Of Baku

Görkəmli teatr və kino aktyoru Oleq Basilaşvili Gürcüstanda səfərdədir

Görkəmli teatr və kino aktyoru Oleq Basilaşvili Gürcüstanda səfərdədir
# 07 iyun 2010 23:15 (UTC +04:00)
Tiflis. Nizami Məmmədzadə-APA. Görkəmli teatr və kino aktyoru, SSRİ xalq artisti, gürcü mənşəli Oleq Basilaşvili bir neçə gündür ki, Gürcüstanda səfərdədir. Gürcüstan paytaxtındakı “RİA Novosti”nin beynəlxalq mətbuat mərkəzində mətbuat konfransı keçirən O.Basilaşvili Gürcüstan-Rusiya arasında əlaqələrin yenə də bərpa olunacağına inam ifadə edib. “Mən siyasətçi deyiləm. Mən Rusiya-Gürcüstan münasibətlərini və onların perspektivlərini müzakirə etməkdə çətinlik çəkirəm. Düşünürəm ki, hər iki ölkə rəhbərliyinin ağıl və düşüncəsi şəxsi ambisiyalara qalib gələcək və hər şey yaxşı olacaq», deyə O.Basilaşvili öz ürək sözlərini jurnalistlərə bildirib.

O. Basilaşvili gürcülərin avqust müharibəsindən sonra ruslara münasibətinin yenə eyni olduğunu bildirib: «Əvvəllər olduğu kimi gürcülər yenə də qonaqpərvərdir. Onlar böyük mədəniyyətin daşıyıcılarıdır».

Səfər çərçivəsində Basilaşvili ailəsinin anadan olduğu Qori şəhərinə də səfər edib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR