Bank Of Baku

Mahaçqalada partlayış baş verib

Mahaçqalada partlayış baş verib
# 08 iyun 2010 00:58 (UTC +04:00)
Bakı-APA. Dağıstanın Mahaçqala şəhərində partlayış baş verib. Ötən axşam Akuşinsk prospektində qeydə alınan partlayış nəticəsində dörd nəfər xəsarət alıb. Dağıstan Daxili İşlər Nazirliyinin məlumatına görə, yaralılardan birinin vəziyyəti ağırdır. Yaralıların hamısı mülki şəxslərdir.

Topdansatış bazarının yaxınlığında dayanan avtomobilin altında quraşdırılmış partlayıcı qurğu yerli vaxtla saat 22.25-də (Bakı vaxtı ilə 23.25) partlayıb. Hadisə yerində əməliyyat-istintaq tədbirləri aparılır.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR