Bank Of Baku

ABŞ Belarusa qarşı sanksiyaların müddətini bir il uzatdı

ABŞ Belarusa qarşı sanksiyaların müddətini bir il uzatdı
# 09 iyun 2010 04:54 (UTC +04:00)
Bakı-APA. ABŞ Belarus hökumətinin bir neçə nümayəndəsinə qarşı tətbiq edilmiş sanksiyaların müddətini bir il uzatdı.
APA-nın RİA Novosti agentliyinə istinadən verdiyi xəbərə görə Ağ Evin yaydığı məlumatda deyilir ki, 2006-ci ildə keçmiş Amerika prezidenti Corc Buşun göstərişi ilə Belarus hökumətin 10 üzvünün mülkiyyətinə və bank hesabına həbs tətbiq edilib. Bunların arasında prezident Aleksandr Lukaşenko, Belarus DTK-nın rəhbəri Stepan Suxarenko, dövlət teleradioşirkətin müdiri Aleksandr Zimovski, daxili işlər naziri Vladimir Naumov və başqaları var.
ABŞ prezidenti Barak Obamanın Konqressa göndərdiyi məktubda deyilir ki, Belarusun adı çəkilən dövlət rəhbərləri apardığı siyasət ABŞ fövqəladə təhlükə yaradır. Onun fikrincə Belarusda aparılan demokratikləşmə sanksiyanın qaldırılmasına kifayət etmir. Sanksiyaların davam etməsi Belarusda insan haqların qorunmasına, bu ölkədə demokratik islahatların davam etməsinə yönəlib, məktubda deyilir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR