Bank Of Baku

Qırğızıstanda ticarət mərkəzinə əl qumbarası atılıb, 4 nəfər yaralanıb

Qırğızıstanda ticarət mərkəzinə əl qumbarası atılıb, 4 nəfər yaralanıb
# 09 iyun 2010 14:33 (UTC +04:00)
Bakı – APA. Qırğızıstanın Tokmak şəhərində əl qumbarasının partlaması nəticəsində aralarında 1 uşağın da olduğu 4 nəfər yaralanıb. APA-nın “RİA Novosti”yə istinadən verdiyi məlumata görə, partlayış yerli vaxtla saat 16.00-da şəhərin “Meqa-Siti” ticarət mərkəzinin ikinci mərtəbəsində baş verib. Əl qumbarasını atanın şəxsiyyəti hələlik müəyyənləşdirilməyib. Partlayış nəticəsində 3 qadın və 9 yaşlı uşaq yaralanıb. Onlar xəstəxanaya çatdırılıb. Hadisə yerində hüquq-mühafizə orqanlarının əməkdaşları çalışır.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR