Bank Of Baku

Doku Umarovun başçılıq etdiyi “Qafqaz Əmirliyi” qruplaşmasının rəhbərlərindən biri həbs olunub

Doku Umarovun başçılıq etdiyi “Qafqaz Əmirliyi” qruplaşmasının rəhbərlərindən biri həbs olunub
# 09 iyun 2010 16:52 (UTC +04:00)
APA-nın “ RİA Novosti”yə istinadən verdiyi məlumata görə, FTX-nin İctimaiyyətlə Əlaqələr Mərkəzi Ə. Taziyev barəsində həbs-qətimkan tədbirinin seçildiyi, ona qarşı Rusiya Cinayət Məcəlləsinin üç maddəsi ilə ittiham irəli sürüldüyü barədə xəbər yayıb.

Ə. Taziyev, əsasən qeyri-qanuni hərbi birləşmə yaratmaqda, silahlı qiyamda və qeyri-qanuni silah alverində günahlandırılır.

Onun həbs olunması barədə Rusiya prezidenti Dmitri Medvedevə FTX-nin direktoru Aleksandr Bortnikov məruzə edib. D. Medvedev yaraqlıların liderinin tutulması əməliyyatında iştirak edənlərin mükafatlandırılması təklifini irəli sürüb.

FTX-nin məlumatına görə, Ə. Taziyev Doku Umarovun başçılıq etdiyi “Qafqaz Əmirliyi” qruplaşmasının rəhbərlərindən biridir. Hüquq-mühafizə orqanlarında hesab edirlər ki, onun 2009-cu ildə İnquşetiya prezidenti Yunusbek Yevkurova sui-qəsddə və 2007-ci ildə Nevınnomıskda avtobusun parladılmasında əli var.

Ə. Taziyev, həmçinin İnquşetiyanın sabiq prezidenti Murat Zyazikovun qohumunun oğurlanmasında və 2004-cü ildə Şamil Basayevlə birlikdə Nazrana hücumun təşkilində günahkar bilinir. Yaraqlıların lideri o vaxtdan federal axtarışa verilib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR