Bank Of Baku

Sozar Subari: «Rusiya ilə konfrontasiyaya getməmək Gürcüstanın bütövlüyünü əldə etmək üçün ən başlıca şərtlərdən biridir»

Sozar Subari: «Rusiya ilə konfrontasiyaya getməmək Gürcüstanın bütövlüyünü əldə etmək üçün ən başlıca şərtlərdən biridir»
# 09 iyun 2010 18:05 (UTC +04:00)
Tiflis. Nizami Məmmədzadə – APA. Gürcüstanın keçmiş ombudsmanı Sozar Subari Gürcüstanı soyuq başla qərarlar qəbul etməyə və emosiyalara uymamağa çağırıb. APA-nın Gürcüstan bürosunun məlumatına görə, bu gün gürcü mətbuatında öz fikir və düşüncələrini dərc etdirən Sozar Subari bu barədə bildirib. S. Subari eyni fikirləri “Tbilisi Kartiot” mehmanxanasında keçirilən görüşündə də deyib. Onun sözlərinə görə, Gürcüstan onu məhvə aparan siyasət yürüdür. Lakin bütün dünya qeyd edir ki, Rusiya ilə münasibətləri tarazlaşdırmaq lazımdır. S. Subarinin fikrincə, qonşularla münasibətləri isitmək üçün hər nə lazımdırsa, onu həyata keçirtmək lazımdır. Subari öz çıxışında bildirib ki, Gürcüstan nəinki Rusiya ilə, eləcə də Azərbaycan və Ermənistanla münasibətləri mürəkkəbləşməyə doğru aparır: «Gürcüstanın strateji tərəfdaşı olan Türkiyə ilə də münasibətlər soyuqlaşmağa doğru gedir».
Bütün bunları Sozar Subari müxalifət nümayəndələrindən Levan Qaçeçiladze, Bidzina Qeqidze, Giya Qaçeçiladze (Utsnobi), Koka Quntsadze, ekspertlər, hüquq müdafiəçiləri və KİV nümayəndələrinin iştirak etdiyi görüşdə bildirib.

Gürcü mətbuatında dərc etdirdiyi fikir və düşüncələrində keçmiş ombudsman qeyd edib ki, Rusiya ilə konfrontasiyaya getməmək Gürcüstanın bütövlüyünü əldə etmək üçün ən başlıca şərtlərdən biridir. «Problemlərin hələ də həll olunmamağına baxmayaraq, Gürcüstanın siyasəti adekvat olmalıdır. ABŞ və Avropa ölkələri Moskva ilə necə siyasət yürüdürlərsə, belə münasibət yürütməliyik. Emosiyaları saxlamaq və soyuq başla qərarlar qəbul etmək lazımdır», S. Subari bildirib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR