Bank Of Baku

Qırğızıstanda güc strukturlarında yüksək hazırlıq vəziyyəti elan olunub

Qırğızıstanda güc strukturlarında yüksək hazırlıq vəziyyəti elan olunub
# 11 iyun 2010 09:18 (UTC +04:00)
Bişkek-APA. “Qırğızıstanın müvəqqəti hökuməti ölkənin cənubunda dünəndən etibarən qırğızlarla yerli özbəklər arasında toqquşmalarla bağlı pozulmuş sabitliyi bərpa etmək üçün bütün gücünü səfərbər edib, ölkənin hüquq-mühafizə orqanları yüksək hazırlıq vəziyyətinə gətirilib”. APA-nın məlumatına görə, bu fikirlər Qırğızıstanın müvəqqəti hökumətinin başçısı Roza Otunbayevanın bu gün yaydığı müraciətdə yer alıb. Otunbayeva qeyd edib ki, hökumət Oş və Uzgen şəhərlərinə, həmçinin Qarasu və Aravan rayonlarına komendantlar təyin edib, hüquq-mühafizə orqanlarına stabilliyi pozmaq cəhdlərinin qarşısını dərhal almağı tapşırıb: “Təəssüf ki baş verən toqquşmalar tələfatsız ötüşməyib. Məndə olan məlumatlara görə, Oş şəhərində beş nəfər həlak olub, 70-dən çox insan yaralanıb, onlarla maşın yandırılıb, ticarət obyektləri, inzibati binalar qarət olunub. Mən vətəndaşlarımızı təxribatlara uymamağa çağırıram”.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR