Bank Of Baku

Gürcüstan və Azərbaycan parlamentlərinin sədrləri görüşüblər

Gürcüstan və Azərbaycan parlamentlərinin sədrləri görüşüblər
# 11 iyun 2010 19:58 (UTC +04:00)
Tiflis. Nizami Məmmədzadə-APA. Gürcüstan parlamentinin mətbuat xidmətindən verilən xəbərə görə, Kiprdə rəsmi səfərdə olan Gürcüstan parlamentinin sədri David Bakradze Azərbaycan, Ermənistan və Xorvatiya parlamentlərinin sədrləri ilə görüşüb. APA-nın Gürcüstan bürosunun məlumatına görə, parlament sədrləri Avropa Şurasının təşkil etdiyi Spikerlərin Avropa konfransında iştirak edirlər. Məlumata görə, konfransda iştirak edən David Bakradze tədbir çərçivəsində bir sıra görüşlər keçirməklə bərabər, Kipr prezidenti ilə də görüşüb. Gürcüstan parlamentinin sədrinin Kiprdəki gürcü diaspora nümayəndələri ilə də görüşü planlaşdırılıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR