Bank Of Baku

Gürcüstan parlamentində Qafqaz xalqlarının soyqırımı ilə əlaqədar elm adamlarının və ekspertlərin rəyləri müzakirə olunub

Gürcüstan parlamentində Qafqaz xalqlarının soyqırımı ilə əlaqədar elm adamlarının və ekspertlərin rəyləri müzakirə olunub
# 11 iyun 2010 20:49 (UTC +04:00)
Tiflis. Nizami Məmmədzadə-APA. Gürcüstan parlamentində Qafqaz xalqlarının soyqırımı ilə əlaqədar elm adamlarının və ekspertlərin rəyləri müzakirə olunub. APA-nın Gürcüstan bürosunun məlumatına görə, tədbiri parlamentin həmvətənlərlə iş üzrə komitə təşkil edib. Parlament deputatlarının, alimlərin, diaspora və QHT təşkilatlarının, tələbələrin iştirak etdiyi tədbirdə çərkəz və çeçen xalqlarının soyqırımı məsələsi ilə əlaqədar müxtəlif rəylər dinlənilib. Tədbiri Gürcüstan parlamentinin xaricdə yaşayan həmvətənlərlə iş üzrə komitənin sədri Nuqzar Tsiklauri açaraq bildirib ki, çeçen, çərkəz və digər xalqların soyqırımı Rusiya tərəfindən hələ XIX əsrdən başlayaraq indiyədək davam etdirilir. «Rusiya həmişə Çeçen və Çərkəz torpaqlarını zəbt etməyə cəhd edib və onun məqsədi burada etnik təmizləmə siyasəti aparmaqdır. Bunun nəticəsidir ki, 1908-ci ildə 40 aul, 1912-ci ildə 42 aul tamamilə məhv edilib. Onlar təkcə insanları yox, eyni zamanda onların qida üçün ehtiyat saxladıqları ərzaqları da məhv edirdilər ki, sağ qalanlar yaşaya bilməsinlər».
Tədbirdə mövzu ilə aparılan müzakirələrdə elm adamlarından professor Merab Çoxua, professor Bejan Xorava, parlamentin deputatı Georgi Kandelaki, Çeçen diasporasının Gürcüstandakı nümayəndəsi Mekka Xanqoşvili, qeyri-hökumət təşkilatının rəhbəri Tiya Qotua, ekspert David Beretaşvili, Çərkəz diasporasının nümayəndəsi Anna Loxvitskaya, akademik Mixail Kurdiani, qafqazşünas Aliko Vaxadze və başqaları çıxış edərək Qafqazda baş verən amansız soyqırım hadisələrini faktlarla sadalayaraq qeyd ediblər ki, bu soyqırımların törədilməsində Rusiyanın birbaşa əli var və bu dövlət öz generallarının əli ilə təkcə Çeçenistanda yox, bütün Qafqaz ərazilərində etnik təmizləmə siyasəti yürüdür.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR