Bank Of Baku

Gürcüstan parlamenti qarşısında etiraz aksiyası keçirilib

Gürcüstan parlamenti qarşısında etiraz aksiyası keçirilib
# 12 iyun 2010 00:57 (UTC +04:00)
Tiflis. Nizami Məmmədzadə-APA. İyunun 11-də Gürcüstan parlamenti qarşısında Gürcüstanın birinci prezidenti Zviad Qamsaxurdiyanın tərəfdarları və onun dul qadını Manana Arçvadze-Qamsaxurdiyanın iştirakı ilə etiraz aksiyası keçiriblər. APA-nın Gürcüstan bürosunun məlumatına görə, etiraz aksiyasının iştirakçıları əllərindəki səs ucaldanla parlamentin qarşısında və girəcəyində Gürcüstan parlamentindən və prezident Mixail Saakaşvilidən birinci prezidentin oğlu Tsodne Qamsaxurdiyanın həbsdən azad edilməsini tələb ediblər.

APA-nın məlumatına görə, dünən günortadan sonra Gürcüstan polisi etiraz aksiyası zamanı fəalıq göstərərək, çıxışlar edən İnqa Sixarulidze, Natiya Maysuradze və İrakli Şoniyanı saxlayıb.

Xatırladaq ki, birinci prezidentin oğlu Tsodne Qamsaxurdiya adam öldürməkdə təqsirli bilinib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR