Bank Of Baku

Özbəklər Rusiya hökumətinin binası qarşısında mitinq keçiriblər

Özbəklər Rusiya hökumətinin binası qarşısında mitinq keçiriblər
# 12 iyun 2010 04:05 (UTC +04:00)
Bakı-APA. Moskvada Rusiya hökumətinin binası qarşısında yüzə yaxın özbək mitinq keçiriblər.

Mitinq iştirakçılarından Ənvər Kərimovun bildirdiyinə görə, onlar Rusiya hökumətindən Qırğızıstanın Oş şəhərində qalan qohumlarını çıxarmaq üçün humanitar dəhliz yaratmasını istəyirlər.

Xatırladaq ki, dünən Qırğızıstanın Oş şəhərində etnik mənsubiyyət zəminində qarşıdurma başlayıb. Qırğızlar və özbəklər arasında baş vermiş iğtişaşda ən azı 46 nəfər həlak olub, 646 nəfər isə yaralanıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR