Bank Of Baku

Qırğızıstanın müvəqqəti hökuməti Oşda vəziyyəti sabitləşdirmək üçün keçmiş milis və ordu zabitlərindən kömək istəyib

Qırğızıstanın müvəqqəti hökuməti Oşda vəziyyəti sabitləşdirmək üçün keçmiş milis və ordu zabitlərindən kömək istəyib
# 12 iyun 2010 07:54 (UTC +04:00)
APA-nın “24.kg” agentliyinə istinadən verdiyi məlumata görə, müvəqqəti hökumətin rəhbər müavini, güc strukturlarının kuratoru Azimbek Beknazarov müdafiə, daxili işlər nazirliklərinin keçmiş zabitlərini və Əfqanıstanda hərbi xidmətdə olmuş şəxsləri hakimiyyətə və Oş əhalisinə yardım etməyə çağırıb. O bildirib ki, müdafiə və daxili işlər nazirliklərinin Oşa göndərilmiş əməkdaşlarının gücü artıq tükənir: “Əlavə kömək gəlməsə, qarşıdakı iki gündə bizim gücümüz qalmayacaq. Çünki bu cür stressli şəraitdə işləmək fiziki cəhətdən mümkün deyil. Atışma davam edir, evlər yanır, insanlar qorxu içindədir”.

A. Beknazarov iyunun 12-də 300 nəfərdən ibarət könüllülərin ilk qrupunun Bişkekdən Oşa yola düşəcəyini açıqlayıb.

Qeyd edək ki, Oş vilayətində qırğızlarla özbəklər arasında etnik zəmində baş verən qarşıdurmada ölənlərin sayı 49-a yüksəlib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR