Bank Of Baku

Oş şəhərində asayişi bərpa etmək üçün silahlı əməliyyat keçirilir

Oş şəhərində asayişi bərpa etmək üçün silahlı əməliyyat keçirilir
# 12 iyun 2010 14:49 (UTC +04:00)
Bakı – APA. Qırğızıstanın Oş şəhərində ictimai asayişi bərpa etmək üçün silahlı əməliyyat başlayıb. APA-nın “İnterfaks”a istinadən verdiyi məlumata görə, şəhərin şərq istiqamətindən avtomat və artilleriya atəşləri eşidilir.

Qırğızıstanın güc strukturlarından bildiriblər ki, tez bir müddətdə qayda-qanun yaratmaq mümkün olmayacaq. Belə ki, şəhərin müxtəlif yerlərində qurulan barrikadalar və yandırılmış avtomobillər hərəkəti çətinləşdirir. Bundan başqa, şəhərin bəzi rayonları silahlı yerli özünümüdafiə dəstələrinin nəzarətindədir.

Xatırladaq ki, Oş vilayətində qırğızlarla özbəklər arasındakı qarşıdurmada azı 62 nəfər ölüb, 800-ə yaxın adam yaralanıb. Qırğızıstanın müvəqqəti hökumətinin rəhbəri Roza Otunbayeva Rusiya rəhbərliyindən ölkəyə sülhməramlı qüvvələr göndərməyi xahiş edib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR