Bank Of Baku

Qırğızıstanın müvəqqəti hökuməti Cəlalabad şəhərində də fövqəladə vəziyyət elan edib

Qırğızıstanın müvəqqəti hökuməti Cəlalabad şəhərində də fövqəladə vəziyyət elan edib
# 12 iyun 2010 16:13 (UTC +04:00)
Bakı – APA. Qırğızıstanın müvəqqəti hökuməti Oşdan sonra Cəlalabadda da fövqəladə vəziyyət rejimi elan olunması və komendant saatının tətbiqi barədə qərar qəbul edib. APA-nın “RİA Novosti”yə istinadən verdiyi məlumata görə, müvəqqəti hökumətin rəhbər müavini Azimbek Beknazarov televiziya ilə çıxışında Cəlalabad şəhərində və bu vilayətin Suzak rayonunda fövqəladə vəziyyət elan etdiklərini açıqlayıb: “Biz təəssüflə bildiririk ki, qeyri-sabitlik ocağı genişlənir”.

Qeyd edək ki, bu gün Cəlalabad vilayətinin bir sıra rayonlarında gərginlik yaranıb. Kerben şəhərində mağazalar dağıdılıb, özbəklər evlərini tərk edir. Cəlalabad şəhərində atəş səsləri eşidilir. Şəhərdəki ippodroma yığılan 5 min gənc onlara Oşa yola düşmək üçün nəqliyyat vasitəsi verilməsini tələb edir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR