Bank Of Baku

Tbilisidə Azərbaycan səfirliyinin təşkilatçılığı ilə 15 İyun-Qurtuluş Günü qeyd olunub

Tbilisidə Azərbaycan səfirliyinin təşkilatçılığı ilə 15 İyun-Qurtuluş Günü qeyd olunub
# 13 iyun 2010 04:22 (UTC +04:00)
Tbilisidə. Nizami Məmmədzadə-APA. Gürcüstan paytaxtında Azərbaycan səfirliyinin təşkilatçılığı ilə 15 İyun-Qurtuluş Günü bayramına həsr olunmuş tədbir keçirilib. APA-nın Gürcüstan bürosunun məlumatına görə, tədbir iştirakçıları öncə Tbilisidəki Heydər Əliyev adına parkda ulu öndərin büstü qarşısına əklil və gül-çiçək dəstələri qoyaraq, ziyarət ediblər. Sonra tədbir TDU-nun “Azərbaycanın dostları” auditoriyasında davam etdirilib. Tədbiri Azərbaycanın Gürcüstandakı səfiri Namiq Əliyev açaraq tədbirdə iştirak edən qonaqlara, gürcü ali məktəblərində təhsil alan azərbaycanlı tələbələrə, ziyalılara, KİV nümayəndələrinə 15 İyun-Qurtuluş Günü barədə ətraflı məlumat verərək qeyd edib ki, bu gün tarixin ən şanlı səhifələrindən biridir. “Heydər Əliyev dövləti parçalanmaqdan xilas etdi. Onun rəhbərliyi ilə Azərbaycan iqtisadiyyatında sıçrayış baş verdi və bir il sonra “Əsrin Müqaviləsi” imzalandı. Azərbaycan öz enerji siyasətini, neft və qaz ixracı ilə bağlı siyasət həyata keçirməyə başladı. Bu, Cənubi Qafqazı təhlükəsizliyini qoruyan siyasət idi. Heydər Əliyev siyasəti bütün dünya maraqlarını Azərbaycana yönəltdi. Bu gün bu düşünülmüş siyasət öz bəhrələrini verir. Bununla bərabər müxtəlif beynəlxalq layihələr də Heydər Əliyevin tövsiyəsi və birbaşa rəhbərliyi ilə Gürcüstandan Avropaya yönəldildi. Bu beynəlxalq layihələr Cənubi Qafqazda təhlükəsizliyin təminatıdır. Biz bunu Gürcüstanda avqust müharibəsi baş verəndə gördük. Müharibə cəmi 5 gün çəkdi. Müasir şəraitdə bu layihələr Gürcüstanın təhlükəsizliyi üçün çox şey deməkdir. Azərbaycan Cənubi Qafqazda böyük infrastruktur dəyişiklikləri aparır. Bu siyasət Azərbaycanın ərazi bütövlüyünü təmin edəcək.
15 İyun-Qurtuluş Gününə həsr edilən tədbirdə jurnalistlərdən Emin Mahmudov, İslam Əliyev, Nizami Zillioğlu, Akif Xansultanlı, şairə Şövkət Dağlarqızı, ARDNŞ-in Gürcüstan nümayəndəliyinin əməkdaşı Arif Əliyev, tələbələrdən Samirə Bayramova, Elida Muxayeva, AYB-nin Gürcüstan bölməsinin rəhbəri Rafiq Hümbət və başqaları çıxış edərək Azərbaycan dövlətinin soydaşlarımızın həyatında böyük rol oynadığını və Gürcüstanın müstəqilliyinin qarantı kimi Azərbaycan iqtisadiyyatının bu ölkənin inkişafında önəmli faktor olduğunu nəzərə çatdırıblar.

Tədbirin sonunda Azərbaycan səfiri Gürcüstanın ali məktəblərində təhsil alan azərbaycanlı tələbələrin problemlərini dinləyərək onların həll olunmasına çalışacağını bildirib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR