Bank Of Baku

Gürcüstan prezidenti Kutaisidə bir qrup azərbaycanlı gənclə görüşüb

Gürcüstan prezidenti Kutaisidə bir qrup azərbaycanlı gənclə görüşüb
# 13 iyun 2010 19:09 (UTC +04:00)
APA-nın Gürcüstan bürosunun məlumatına görə, Bolnisi və Marneulidə yaşayan və müxtəlif dövlət strukturlarında çalışan gənclərdən Ayaz Məmmədov, Rahil Fətullayev, Vüqar Məmmədov, Ramin Əsədov, Dilənçi Bayramov, Eldar Mustafayev Jvaniya adına Dövlət İdarəçilik Məktəbinin məzunlarıdır.

Prezidentlə görüşdə Gürcüstanda yaşayan digər milli azlıqların nümayəndələri də iştirak edib.

Gürcüstan prezidenti bildirib ki, o, Gürcüstanda dövlətin idarə olunmasında milli azlıqların da iştirak etməsini vacib hesab edir.
O, Gürcüstanda Konstitusiya modelinin yaradılacağını bildirib. “Mənim fikrimcə, ən vacib olanı yeni islahatlara başlamaqdır. 2013-cü ildən sonra Gürcüstanda siyasət daha da inkişaf edəcək. Əlbəttə yeni liderlər meydana çıxacaq, yeni prezident seçiləcək və maksimum sayda hökumət nümayəndəliyi olacaq”.

Mixail Saakaşvili qeyd edib ki, o, islahatın nəticələrinin müdafiəsini istəyir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR