Bank Of Baku

Qazaxıstan-Çin qaz boru kəməri üzrə saziş imzalanıb

Qazaxıstan-Çin qaz boru kəməri üzrə saziş imzalanıb
# 14 iyun 2010 09:58 (UTC +04:00)
Bakı. Vahab Rzayev – APA-Economics. Qazaxıstanın «QazMunayQaz» şirkəti və Çin Milli Neft-Qaz Şirkəti Qazaxıstan-Çin qaz boru kəmərin tikintisi layihəsinin ikinci mərhələsinin həyata keçirilməsinə dair saziş imzalayıb. «APA-Economics»in məlumatına görə, sazişə əsasən, təbii qazın Qazaxıstanın cənubuna nəql edilməsi üçün nəzərdə tutulan boru kəmərinin ikinci hissəsi tikiləcək. Bundan əlavə, sənəddə qazın Mərkəzi Asiya və Xəzər regionlarından Çinə nəqlinə dair əməkdaşlığın fəallaşdırılması məsələləri də əks olunub.

Qeyd edək ki, boru kəmərinin 1 300 km-lik birinci hissəsi Qazaxıstan-Özbəkistan sərhədində başlayır və Çinin Xorqos sərhəd şəhərinədək çəkilib. Layihənin ikinci mərhələsi birbaşa Qazaxıstan ərazisində çəkiləcək, onun uzunluğu 1 400 km, illik gücü 10 mlrd. kubmetr təşkil edir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR