Bank Of Baku

Ermənistanın xarici işlər naziri Gürcüstanda səfərdədir

Ermənistanın xarici işlər naziri Gürcüstanda səfərdədir
# 14 iyun 2010 12:33 (UTC +04:00)
APA-nın Gürcüstan bürosunun məlumatına görə, diaspora ilə görüşdən sonra erməni nazirinin başçılıq etdiyi nümayəndə heyətini Gürcüstanın xarici işlər naziri Qriqol Vaşadze qəbul edib. Görüşdə Gürcüstan-Ermənistan münasibətləri və onların gələcək inkişaf perspektivləri geniş aspektdə müzakirə olunub. Eyni zamanda, nazirlər Gürcüstanın işğal altında olan ərazilərində vəziyyətlə bağlı müzakirələr aparıblar.

Görüşdən sonra E.Nalbandyan və Q.Vaşadze brifinq keçiriblər. Jurnalistlərin suallarına cavablandıran nazirlər bağlı qapılar arxasında 1,5 saat çəkən görüşü uğurlu hesab ediblər. E.Nalbandyan brifinqdə qeyd edib ki, Ermənistan nümayəndə heyəti öz həmkarlarından münaqişə zonaları haqqında ətraflı məlumat alıb və etnik ermənilərin Gürcüstandakı vəziyyəti ilə bağlı məsələləri müzakirə edib. Erməni nazir bildirib ki, Tiflis və İrəvan arasında həlli mümkün olmayan heç bir məsələ yoxdur: «Biz bir-birimizlə çox sıx əlaqədəyik, həmişə müəyyən məsələlərin həllində məsləhətləşirik, ona görə də bizim ölkələr arasında həll olunmamış məsələ yoxdur».

Q.Vaşadze isə öz növbəsində bildirib ki, erməni həmkarı ilə görüş əvvəlcədən planlaşdırılıb.

Səfər çərçivəsində E.Nalbandyan Batumiyə də səfər edəcək, burada onun Gürcüstan prezidenti Mixail Saakaşvili ilə görüşü gözlənilir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR