Bank Of Baku

Sambo üzrə dünya çempionu qətlə yetirilib

Sambo üzrə dünya çempionu qətlə yetirilib
# 14 iyun 2010 13:54 (UTC +04:00)
Bakı. Ramil Məmmədli – APA. Qazaxıstanın Temirtau şəhərində sambo üzrə dünya çempionu qətlə yetirilib. APA-nın “İnterfaks”a istinadən verdiyi məlumata görə, bu gün səhər saatlarında Qazaxıstanın Karaqanda vilayətinin Temirat şəhərində gənclər arasında sambo üzrə dünya çempionu Kızmet Baltabek qətlə yetirilib.

Polisin verdiyi məlumata görə, qatil avtomaşınlar üçün nəzərdə tutulan dayanacaqda K.Baltabek avtomobilini saxlayarkən arxadan ona yaxınlaşıb və bıçaqla sinə nahiyəsinə vurub. Sambo çempionu aldığı yaradan dünyasını dəyişib.

Hadisəni törədən şəxs isə istintaqdan yayına bilib. Cinayəti törədən şəxsin tapılması istiqamətində axtarış tədbirləri davam etdirilir.

Cinayətin motivi barədə isə hər hansı informasiya yoxdur.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR