Bank Of Baku

Belarus parlamenti Gömrük İttifaqının Gömrük Məcəlləsi üzrə müzakirələri təxirə salıb

Belarus parlamenti Gömrük İttifaqının Gömrük Məcəlləsi üzrə müzakirələri təxirə salıb
# 14 iyun 2010 16:33 (UTC +04:00)
Bakı. Ramil Məmmədli – APA. Belarus parlamenti Gömrük İttifaqının Gömrük Məcəlləsinin müzakirəyə çıxarılmasını təxirə salıb. APA-nın “RİA Novosti”yə istinadən verdiyi məlumata görə, Belarus parlamentində 3 ölkə - Rusiya, Qazaxıstan və Belarus arasında olan bu qanun layihəsi deputatların müzakirəsinə çıxarılmayıb. Parlamentin katibliyindən isə bildirilib ki, beynəlxalq əlaqələr komissiyasından qanun layihəsinin deputatların müzakirəsinə nə vaxt veriləcəyi haqda məlumat yoxdur.

Qeyd edək ki, adıçəkilən ölkələr arasında vahid iqtisadi məkanın yaradılması çərçivəsində hazırlanan bu qanun layihəsi artıq Rusiya və Qazaxıstan parlamentləri tərəfindən ratifikasiya edilib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR