Bank Of Baku

Özbəkistan sərhədlərini Qırğızıstandan gələn qaçqınların üzünə bağlayır

Özbəkistan sərhədlərini Qırğızıstandan gələn qaçqınların üzünə bağlayır
# 14 iyun 2010 18:24 (UTC +04:00)
Bakı-APA. Özbəkistan iyunun 14-ü günün sonunadək sərhədlərini Qırğızıstanın cənubunda baş verən hadisələrlə bağlı tarixi vətənlərinə qaçan etnik özbəklərin üzünə bağlayacaq. Bu barədə Özbəkistan baş nazirinin müavini Abdulla Aripov bəyan edib.

Onun sözlərinə görə, Özbəkistan artıq qonşu respublikadan qaçan 45 min qaçqını qeydiyyata alıb (bura uşaqlar daxil deyil). «Bizim daha onları yerləşdirməyə yerimiz yoxdur», deyə Aripov bildirib. O əlavə edib ki, Özbəkistan qaçqınların axını ilə bağlı beynəlxalq təşkilatların dəstəyinə ehtiyac duyur.

Qırğızıstandakı iğtişaşlarla bağlı bu ölkənin Özbəkistanla sərhədi iyunun 12-də açılıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR