Bank Of Baku

Qırğızıstanın keçmiş prezidentinin oğlu Böyük Britaniyada saxlanılıb

Qırğızıstanın keçmiş prezidentinin oğlu Böyük Britaniyada saxlanılıb
# 14 iyun 2010 20:17 (UTC +04:00)
Bakı-APA. Qırğızıstanın keçmiş prezidenti Kurmanbek Bakiyevin oğlu Maksim Böyük Britaniyada sərhəd xidməti əməkdaşları tərəfindən saxlanılıb. Bu barədə The Sun məlumat verir.

Maksim Bakiyev Hempşirdəki Farnboro hava limanına enən kimi saxlanılıb. Bakiyev ölkə hakimiyyətinə siyasi sığınacaq verilməsi barədə müraciət etməyə hazırlaşırmış.

Maksim Bakiyevin həbsi barədə məlumatı həmçinin Qırğızıstanın Birinci Milli kanalı da ölkənin Milli təhlükəsizlik xidmətinin başçısı Keneşbek Duyşebayevə istinadən təsdiq edib.

May ayında Maksim Bakiyev Qırğızıstan hakimiyyəti tərəfindən fırıldaqçılıq ittihamı ilə İnterpol vasitəsilə beynəlxalq axtarışa verilmişdi.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR