Bank Of Baku

Qırğızıstanda ölənlərin sayı 171 nəfərə çatıb

Qırğızıstanda ölənlərin sayı 171 nəfərə çatıb
# 15 iyun 2010 08:13 (UTC +04:00)
Bakı - APA. Qırğızıstanda baş verən iğtişaşlar nəticəsində ölənlərin sayı 171 nəfərə çatıb. APA-nın “AKİ Press”ə istinadən məlumatına görə, 128 nəfər Oş, 43 nəfər Cəlalabad vilayətində öldürülüb.

Qırğızıstan Səhiyyə Nazirliyindən bildirilib ki, iki vilayətdən tibbi yardım üçün müraciət edənlərin sayı 1762 nəfərdir. Onların 826 nəfəri stasionar, 798 nəfəri ambulator qaydada müalicə alır.

Qırğızıstan Xarici İşlər Nazirliyi isə bəyan edib ki, bu günə qədər Oş və Cəlalabad vilayətlərindən 1103 əcnəbi vətəndaş çıxarılıb. Onların 300-ü Türkmənistan, 200-ü Çin, 198-i Hindistan, 151-i Türkiyə, 134-ü Pakistan, 92-si Avropa Birliyi ölkələrinin, 27-si Əfqanıstan, 1 nəfəri isə Yaponiyanın vətəndaşıdır.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR