Bank Of Baku

Bu il Rusiyada 240 silahlı mücahid zərərsizləşdirilib

Bu il Rusiyada 240 silahlı mücahid zərərsizləşdirilib
# 15 iyun 2010 11:37 (UTC +04:00)
Moskva-APA. Bu il Şimali Qafqazda 240 silahlı mücahid və onların aktiv tərəfdarları zərərsizləşdirilib. APA-nın məlumatına görə, bu rəqəmləri Rusiya Federal Təhqiqat Xidmətinin direktoru Aleksandr Bortnikov açıqlayıb. O, 2010-cu ildə cinayətkar qruplaşmaların 11 rəhbərinin zərərsizləşdirildiyini deyib, lakin onlardan neçəsinin sağ ələ keçirildiyini açıqlamayıb. FTX direktorunun sözlərinə görə, ötən həftə keçirilən əməliyyat nəticəsində “Maqas” ləqəbli Əli Taziyev ələ keçirilib. Bundan başqa Çeçenistanda Səudiyyə Ərəbistanından gəlmiş silahlı mücahidin rəhbərlik etdiyi dəstənin 10 üzvü öldürülüb. Bortnikov son iki ay ərzində Rusiyada bir neçə irimiqyaslı terror aktının qarşısının alındığını deyib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR