Bank Of Baku

UNİCEF Qırğızıstanda baş verən daxili münaqişəyə uşaqların cəlb olunmasını pisləyir

UNİCEF Qırğızıstanda baş verən daxili münaqişəyə uşaqların cəlb olunmasını pisləyir
# 15 iyun 2010 16:11 (UTC +04:00)
Bakı. Ramil Məmmədli - APA. BMT-nin Uşaq Təşkilatı - UNİCEF Qırğızıstanda baş verən daxili münaqişəyə uşaqların cəlb olunmasını pisləyib.

UNİCEF-in Azərbaycan nümayəndəliyinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, bununla bağlı qurumun açıqlamasında bildirilib ki, Qırğızıstanın cənubunda baş verən iğtişaş və qarşıdurmaların fonunda uşaqların taleyi ilə bağlı narahatlığını ifadə edir: “UNİCEF evlərindən didərgin düşmüş, xəsarət almış, ailə üzvlərindən ayrı düşən və hətta öldürülən uşaqları əks etdirən fotoşəkilləri almaqda davam edir”.

UNİCEF tərəflərdən münaqişəyə daha həssas olan uşaqları müdafiə etmək üçün tələb olunan bütün tədbirləri görməyə çağırır: “Heç bir uşaq münaqişəyə cəlb olunmamalı və nümayişlərdə iştirak etməməlidir”.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR