Bank Of Baku

Rusiyada mülki dövlət qulluğunda xidmətin son yaş həddi azaldılır

Rusiyada mülki dövlət qulluğunda xidmətin son yaş həddi azaldılır
# 15 iyun 2010 16:20 (UTC +04:00)
Bakı - APA. Rusiyada mülki dövlət qulluğunda xidmətin son yaş həddi 60 yaş olacaq. APA-nın Kremlin rəsmi saytına istinadən məlumatına görə, bu barədə prezident Dmitri Medvedev Dövlət Dumasına müvafiq qanun layihəsi təqdim edib.

Sənəd “Rusiya Federasiyasında mülki dövlət xidməti haqqında” qanuna düzəlişlər edilməsini nəzərdə tutur. Düzəlişlərə əsasən, qarşılıqlı razılaşma əsasında mülki dövlət qulluğunda xidmət 65 yaşa qədər uzadıla bilər.

Qeyd edək ki, hazırda Rusiyada mülki dövlət qulluğunda xidmətin son yaş həddi 65 yaş sayılır.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR