Bank Of Baku

Belarus Kurmanbek Bakiyevi Qırğızıstana ekstradisiya etməkdən imtina edib

Belarus Kurmanbek Bakiyevi Qırğızıstana ekstradisiya etməkdən imtina edib
# 15 iyun 2010 16:56 (UTC +04:00)
APA-nın “İnterfax”a istinadən xəbərinə görə, bu barədə prokurorluğun rəsmi nümayəndəsi Pyotr Kiselyov məlumat verib. Bununla belə, Belarus Baş Prokurorluğu Bakiyevin ekstradisiyasından imtinanı əsaslandırmaqdan yayınıb.

Qeyd edək ki, bu ilin aprelində hakimiyyətdən devrilən K.Bakiyev aprelin 19-dan Belarus ərazisində sığınacaq tapıb. Belarus prezidenti Aleksandr Lukaşenko əvvəlcədən onu Qırğızıstanın müvəqqəti hökumətinə verməyəcəyini bəyan edib.

Qırğızıstan hökuməti iyunun 14-də sabiq prezidentin Londonda saxlanılan oğlu Maksim Bakiyevin ekstradisiyası üçün Böyük Britaniyaya müraciət edib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR