Bank Of Baku

Özbəkistan XİN: Qırğızıstandan gələn özbək qaçqınların sayı 100 mini keçib

Özbəkistan XİN: Qırğızıstandan gələn özbək qaçqınların sayı 100 mini keçib
# 16 iyun 2010 08:16 (UTC +04:00)
Daşkənd-APA. Özbəkistan Xarici İşlər Nazirliyi Qırğızıstana göndərilən humanitar yardımların ölkənin cənubunda çatdırılmadığını, yardımların yalnız qırğızlara paylandığını bəyan edib. APA-nın məlumatına görə, rəsmi Daşkənd humanitar yardımların Bişkekdə saxlandığını və rəsmi dairələrin göstərişinə görə, yalnız qırğızlara paylandığını bildirib: “Yardım daha çox ehtiyacı olan özbəklər isə bu yardımları almaqdan məhrumdur”. Özbəkistan XİN ölkəyə qaçqınların gəlməkdə davam etdiyini, onların çadır, yataq dəsti, yemək və tibbi ləvazimatlarla təchiz olunduğunu bildirib. İki ölkənin sərhədinə toplaşan özbək qaçqınlar da mediaya verdikləri açıqlamada xarici ölkələrin göndərdiyi humanitar yardımların onlara verilmədiyini bildiriblər. Qaçqınlar yardımların Qırğızıstan hökuməti tərəfindən deyil, birbaşa Özbəkistan tərəfindən paylanmasını istəyiblər. Rəsmi Daşkənd artıq Qırğızıstandan ölkəyə gələn özbək qaçqınların sayının 100 min nəfəri keçdiyini açıqlayıb. Özbəkistan tərəfi həmçinin sərhədləri bağladığı barədə məlumatları da təkzib edib. Xatırladaq ki, bu gün Qırğızıstanın müvəqqəti hökuməti ölkədə baş verən faciəli hadisələrlə bağlı ümummilli matəm elan edib. Oş və Cəlalabadda milli zəmində baş verən toqquşmalarda 179 nəfər ölüb, 2000-dən artıq insan yaralanıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR