Borc astanası
Müəllif diqqəti sabiq baş nazirin açıqladığı rəqəmlərə yönəldir: “Əgər Ermənistan 2008-ci ildə xarici borcların ödənilməsinə 8 milyon dollar vəsait sərf etmişdisə, 2013-cü ildə bu rəqəm 478 milyon dollar təşkil edəcək. Belə çıxır ki, bir neçə il sonra biz kreditin ödənilməsi üçün 2-3 dəfə artıq vəsait ayırmalı olacağıq. Vəziyyət artıq sadəcə fəlakət səviyyəsinə çatıb, əgər belə davam eləsə, bir il sonra özümüz bu gün inkar etdiyimiz Dağlıq Qarabağ probleminin həlli üçün yalvarmalı olacağıq”.
Ermənistanın maliyyə naziri Tiqran Davtyan xarici dövlət borcunun indiki həcminin makroiqtisadi risklər yaratmadığını, bu risk üçün həddin 60 faiz olaraq müəyyənləşdiyini deyib: “Bu il xarici borcun həcmi ümumi daxili məhsulun 45-46 faizinə bərabər ola bilər. Ermənistanın dövlət borcu iki dəfə artıb, lakin bu borc hələ idarəolunandır”. Beynəlxalq Valyuta Fondunun Ermənistandakı nümayəndəliyinin rəhbəri Mark Lyuis də bu fikri bölüşür: “Bu gün Ermənistanın xarici borcu stabildir və hökumət bu borcu ödəməyə qabildir. Gələcəkdə borcun həcminin qəflətən artmasına yol verməmək üçün vəsaitlərin cəlb olunması proqramlarına diqqət ayırmaq lazım gələcək”. Qeyd edək ki, hökumət üzvlərinin bəyanatlarına əsaslansaq, bu il hökumət ehtiyatlı tərpənmək və kredit almamaq niyyətindədir. Rəsmi statistikaya əsasən bu ilin ilk rübündə ötən ilin analoji dövrü ilə müqayisədə alınan kreditlərin həcmi 3 dəfə azalıb.
Müəllif məqaləsində Ermənistan Mərkəzi Bankının sərd müavini Vaçe Qabrielyanın da fikirlərinə yer verib: “İrihəcmli xarici borcun yaratdığı təhlükələr barədə danışarkən bəzi iqtisadi göstəriciləri, ilk növbədə ölkənin xarici borcu ödəmək qabiliyyətini nəzərə almaq lazımdır. Ermənistan bu baxımdan əlverişli vəziyyətdədir, çünki ölkənin xarici borcu ödəmək qabiliyyəti ilk növbədə xaricdən valyuta transfertləri ilə müəyyənləşir. Əlbəttə bizim ixrac potensialımız güclü deyil, lakin eyni zamanda ölkəyə böyük miqdarda valyuta daxil olur”.
Məqalədə bildirilir ki, “Bununla belə Ermənistanda bir çox ekspertlər hesab edir ki, xarici borcun ödənilməsi yalnız və yalnız istehsalın və ixracın həcminin artırılması hesabına baş verməlidir. Yəni borcları ödəmək üçün nə isə istehsal etmək lazımdır”. Müəllif bu gün Ermənistanın məhsul ixracı göstəricilərinin ümumi daxili məhsulun 7 faizinə bərabər olduğunu vurğulayır və mövzu ilə bağlı Mərkəzi Bankın sabiq sədri Baqrat Asatryanın fikirlərinə istinad edir: “Baqrat Asatryanın sözlərinə görə, əgər ixrac göstəricilərini nəzərə alsaq xarici borcun tam ödənməsi üçün 5-6 il vaxt lazımdır. Bir şərtlə ki, Ermənistan bu müddət ərzində bir qəpik belə xərcləməyərək bütün vəsaiti xarici borcun ödənməsinə yönəltsin. Ölkə son on ildə xarici ticarət balansında reqress keçirir. Ermənistanın işləyən yox, istehlak edən ölkə adlandırmaq olar. Bu dəhşətdir, Ermənistan xarici ticarət balansı nöqteyi-nəzərindən reqress yaşayır. Son 10 ildə Ermənistan işləməyən, istehlak edən ölkəyə çevrilib”.
Ermənistan Milli və Strateji Tədqiqatlar Mərkəzinin aparıcı eksperti Ovsep Xurşudyanın fikrincə, yaranmış vəziyyətdən yeganə çıxış yolu ixracın həcmini artırmaqdır: “Valyuta transfertlərinə arxalanmaq, “Holland sindromu”nun möhkəmlənməsi deməkdir. Ermənistan iqtisadiyyatının əsasını ixracda deyil, idxalda maraqlı olan inhisar təşkil etməsi də narahatlıq doğurur. Bununla da, belə alınır ki, iqtisadi elita xalqın maraqlarına qarşı çıxış edir”.
Müəllifin fikrincə, iri vergi ödəyiciləri, “ArmRosqazprom”, “Aleks-Qriq”, “Fleş”, “Siti-petrol qrup” kimi inhisarçılar heç nə istehsal etmir və yalnız xaricdən hazır məhsul idxal etməklə məşğuldur: “Qeyd edək ki, 2000-ci illərin əvvəllərində Ermənistanda iqtisadiyyatın oliqarx-klan modeli formalaşmağa başlayıb. Bu model məlum olduğu kimi iqtisadiyyatın inkişafına deyil, bir qrup insanın varlanmasına xidmət edir. Oliqopoliyanın Ermənistanın inkişafına maneçilik törətdiyi faktını Beynəlxalq Valyuta Fondu və Dünya Bankı da dəfələrlə öz hesabatlarında qeyd ediblər. Bununla da Ermənistan iqtisadiyyatında mövcud olan model istehsalın inkişafına, müvafiq olaraq ixracın həcminin artmasına maneçilik törədir və deməli xarici borcların ödənilməsi məsələsində ciddi maneədir”.
MDB
Rusiya MN: Nikolayev vilayətindəki aerodromda Ukraynaya məxsus iki MiQ-29 məhv edilib
Ukraynanın MiQ-29 qırıcısı qəzaya uğrayıb
Rusiya ilə Ukrayna arasında girovların mübadiləsi olub
Ukraynanın Volqoqrada hücumu nəticəsində bir nəfər ölüb, 11 nəfər yaralanıb
Xəbər Lenti
DÇ-2026: İngiltərə, Xorvatiya və Qana 1/16 finala yüksəlib
BMT: Venesueladakı zəlzələ 6,7 milyondan çox insana təsir göstərə bilər
ABŞ İranda bir neçə hərbi obyektə zərbələr endirdiyini açıqlayıb
Britaniyanın dənizdə döyüş növbəsində olan zərbə sualtı qayığı qalmayıb
KİV: İsrail iyunun 28-də Livanın cənubundakı iki ərazidən qoşunlarını çıxaracaq
Netanyahu seçkilərdən sonra geniş milli hökumət quracağını açıqlayıb
Venesuela sahillərində 5,4 bal gücündə zəlzələ baş verib
Londonda avtomobil piyadaların üzərinə sürülüb, xəsarət alanlar var
Venesuelada zəlzələ qurbanlarının sayı 1400-ü keçib
Netanyahu: ABŞ və Livan İsrailin təhlükəsizlik zonasını saxlamaq hüququnu tanıyıb
UFC: Rafael Fiziyev rəqibini nokautla məğlub edib
UFC: Şara Maqomedov inamlı qələbə qazanıb
Pakistanda terror hücumu nəticəsində azı 6 nəfər ölüb
Vuçiç vəzifəsini tərk edəcəyini və növbədənkənar prezident seçkilərinin keçiriləcəyini açıqlayıb
UFC: Nazim Sadıxov nokautla məğlub olub
UFC: Qazaxıstanlı Asu Almabayev inamlı qələbə qazanıb
Almaniyada yenidən məcburi hərbi xidmət tətbiq oluna bilər
UFC: Abus Maqomedov Mixal Olekseyçuku məğlub edib
UFC: Fərman Həsənov ABŞ-dən olan rəqibinə qalib gəlib
Fitso: Slovakiya NATO sammitində Ukraynaya yeni hərbi kreditə dəstək verməyəcək
Azərbaycandan tranzit keçməklə Ermənistana buğda göndəriləcək
Tovuzda qəza olub, ölən və xəsarət alanlar var - YENİLƏNİB
Şəkidə sel nəticəsində bir neçə kəndin yolu bağlanıb - VİDEO
Ceyhun Bayramovla Hakan Fidan arasında telefon danışığı olub
Göyçayda çaya yıxılan 57 yaşlı kişi xilas edilib
"Heydər Əliyev Kuboku" uğrunda turnirin qalibi FHN komandası olub
Əfqanıstanda 6,2 bal gücündə zəlzələ olub
UFC: Braziliya təmsilçisindən çətin qələbə
Bakıda keçirilən UFC-də Azərbaycan təmsilçisi debütündə nakautla qələbə qazanıb
Ötən gün 2 avtomat silahı, 9 tüfəng aşkarlanıb
Hörmüz boğazında tanker vurulub
Rusiya MN: Nikolayev vilayətindəki aerodromda Ukraynaya məxsus iki MiQ-29 məhv edilib
“Qafqaz Qartalı - 2026” təlimi başa çatıb - VİDEO
İran ABŞ-ı memorandumun iki bəndini pozmaqda ittiham edib
Səfərbərlik Xidmətinin rəisi Mürsəl İbrahimov: Üç il ərzində 500-dən çox əməkdaş intizam məsuliyyətinə cəlb olunub
Xidmət rəisi: Hərbi xidmətə çağırışla bağlı yaş həddinin endirilməsi dövlətin xərclərini azaldıb
Xəstəxanaya yerləşdirilən Xalq şairi Nəriman Həsənzadənin vəziyyəti açıqlanıb
SHXÇDX rəisi: Xaricdə təhsil alanların hərbi xidmətdən möhlət hüququ ilə bağlı qanunvericilikdə dəyişikliklər etməliyik, təkliflər hazırlanır
Bəzi yerlərdə yağıntılı hava şəraiti davam edir - FAKTİKİ HAVA
Ukraynanın MiQ-29 qırıcısı qəzaya uğrayıb
Rusiya ilə Ukrayna arasında girovların mübadiləsi olub
Bakı–Naxçıvan təyyarə reysləri ildırım səbəbindən ləğv edilib
Ukraynanın Volqoqrada hücumu nəticəsində bir nəfər ölüb, 11 nəfər yaralanıb
Bəhreyn XİN: İran ötən gecə hücumlarda ərazimizi hədəfə alıb
Zelenski Volqoqraddakı hərbi zavoda zərbə endirildiyini təsdiqləyib - VİDEO - YENİLƏNİB
Kreml: Putin və Lukaşenko danışıqları davam etdirirlər
Pekində binaya çırpılan təyyarə qəzasında ölən və yaralananlar var
Sabah bəzi yerlərdə leysan davam edəcək
Şabranda itkin düşən 52 yaşlı kişinin meyiti göldə tapılıb
Cəlilabadda ev yanıb