Bank Of Baku

Qırğızıstanda törədilən kütləvi qırğınların təşkilatçısı saxlanıb

Qırğızıstanda törədilən kütləvi qırğınların təşkilatçısı saxlanıb
# 16 iyun 2010 13:08 (UTC +04:00)
Bakı-APA. Qırğızıstanın cənubunda törədilən kütləvi iğtişaşların təşkilində şübhəli bilinən şəxs saxlanıb. APA-nın məlumatına görə, bu, sabiq prezident Kurmanbek Bakiyevin sadiq tərəfdarlarından biri, “Ak-Jol” partiyasının üzvü Payzullabek Raxmanovdur. Cəlalabad vilayəti komendantı Kubaetbek Baybolov bildirib ki, saxlanan şəxs artıq ifadə verməyə başlayıb və yaxın günlərdə baş verən hadisələrin arxasında sabiq prezident Kurmanbek Bakiyevin durduğuna dair təkzibedilməz sübutlar ictimaiyyətə təqdim olunacaq. Müvəqqəti hökumətdə qanlı toqquşmaların sabiq iqtidar nümayəndələri tərəfindən planlaşdırıldığını bildirir. Baş nazirin birinci müavini Almazbek Atanbayev ölkənin cənubunda baş verən hadisələrin arxasında yeni Konstitusiya qəbulu ilə bağlı referendumun keçirilməsinə mane olmaq istəyən qüvvələrin dayandığını deyib. Atambayev bu qanlı aksiyaların sabiq prezident Bakiyevin oğlu Maksim Bakiyev tərəfindən maliyyələşdirildiyini iddia edib: “Oş və Cəlalabadda qətlləri muzdlular törədib, ölkənin cənubunda baş verənlər etnik qarşıdurma deyil, kütləvi qətldir”.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR