Bank Of Baku

Gürcüstan paytaxtında alman dilli məktəb fəaliyyət göstərəcək

Gürcüstan paytaxtında alman dilli məktəb fəaliyyət göstərəcək
# 16 iyun 2010 21:16 (UTC +04:00)
Tiflis. Nizami Məmmədzadə-APA. Gürcüstan paytaxtında alman dilli məktəb fəaliyyət göstərəcək. APA-nın Gürcüstan bürosunun məlumatına görə, bu barədə gürcü mətbuatı xəbər verib. Mətbuatın qeyd etdiyinə görə, bu gün Gürcüstanın təhsil və elm naziri Dmitri Şaşkin və Almaniyanın Gürcüstandakı səfiri Ortvin Xeniq Tiflisdə beynəlxalq alman məktəbinin açılışı barədə müqavilə imzalayıblar. Müqavilənin şərtlərinə görə, orta məktəbi bitirən məzunlara beynəlxalq aləmdə tanınan attestat veriləcək və məzunlar nəinki Avropada, eyni zamanda digər ölkələrdə təhsillərini davam etdirə biləcəklər. Məktəbdə alman pedaqoqları alman tədris planına əsasən alman dilində dərs deyəcək, gürcü müəllimləri isə gürcü dili və ədəbiyyatı və Gürcüstan tarixini gürcücə tədris edəcəklər. Burada ingilis dili də tədris olunacaq.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR