Bank Of Baku

Türkiyə hökumətinin xüsusi nümayəndəsi Bişkekdədir

Türkiyə hökumətinin xüsusi nümayəndəsi Bişkekdədir
# 17 iyun 2010 01:11 (UTC +04:00)
Bakı-APA. Türkiyə hökumətinin xüsusi nümayəndəsi Fatih Ceylan Bişkekdədir. O vəziyyəti öyrənmək və yardım tədbirlərini hazırlamaq üçün Qırğızıstana göndərilib.

Fatih Ceylan Bişkekdə Qırğızıstan müvəqqəti hökuməti başçısının birinci müavini Almazbek Atambayevlə görüşüb.

Qırğızıstanın Oş və Cəlalabad şəhərlərində qırğızlar və özbəklər arasında qarşıdurma baş verib. Oş və Cəlalabad vilayətlərində fövqəladə vəziyyət elan olunub. Son məlumatlara görə, hadisələr nəticəsində 187 nəfər həlak olub, 2 minə yaxın insan isə yaralanıb. Ən azı 100 min nəfər qaçqına çevrilib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR