Bank Of Baku

Qırğızıstanda baş verən etnik toqquşmalarda ölənlərin sayı 191-ə yüksəlib

Qırğızıstanda baş verən etnik toqquşmalarda ölənlərin sayı 191-ə yüksəlib
# 17 iyun 2010 06:43 (UTC +04:00)
APA-nın məlumatına görə, bu barədə RİA “Novosti”-yə Qırğızıstan Səhiyyə Nazirliyinin mətbuat mərkəzinin rəhbəri Yelena Bayalinova bildirib.

“İyunun 17-si səhərə olan məlumata görə, qanlı toqquşmaların qurbanlarının sayı 191-ə yüksəlib. Tibbi yardım üçün 1971 zərərçəkən müraciət edib, onlardan 957-si xəstəxanalara yerləşdirilib”, - deyə xanım Bayalinova vurğulayıb.

Qeyd edək ki, kütləvi toqquşmalarla əlaqədar müvəqqəti hökumət Oş vilayətində fövqəladə vəziyyət elan edib. İyunun 12-də toqquşmalar qonşu Cəlalabad vilayətinə də keçib, burada da fövqəladə vəziyyət rejimini elan olunub.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR